Kanada Səhiyyə Təşkilatı əhali arasında 77 meymun çiçəyi hadisəsini təsdiqləyib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ötən gün idarənin saytında məlumat verilib.
Verilən məlumata görə, yoluxmuşların əksəriyyəti - 71 nəfəri Kvebek əyalətində aşkar edilib. Ontarioda beş nəfər, Albertada isə bir yoluxma halı aşkarlanıb. Kanadanın digər bölgələrində hələ də meymun çiçəyi hadisəsi qeydə alınmayıb.
Qeyd edək ki, Kanadada xəstəliyin ilk halları mayın ortalarında Monrealda aşkar edilib. Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların əksəriyyəti qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələridir deyə, buna görə də əhalinin kütləvi yoluxma təhlükəsi yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, meymun çiçəyi nadir virus xəstəliyidir və əsasən Afrikanın mərkəzi və qərbində tropik tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə baş verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB