Fransa prezidenti Emmanuel Makron 2021-ci ilin dekabrından bəri rusiyalı həmkarı Vladimir Putinlə təxminən 100 saat söhbət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Ouest-France” nəşri məlumat yayaıb.
Makron həmçinin Putinin Ukraynada başlatdığı hərbi əməliyyatı rusiyalı prezident üçün “tarixi və fundamental” səhv adlandırıb.
Bununla yanaşı Fransa rəhbəri Rusiya liderinin Qərblə münasibətlərin pisləşməsi fonunda onun “qəbahətlərinə” baxmayaraq Putini “alçaltmamağa” çağırır.
O, xüsusi əməliyyat başa çatdıqdan sonra Moskva ilə Avropa dövlətləri arasında əlaqələrin yaxşılaşacağını ümid edərək gözləyir.
“…Siz təcrid oluna bilərsiniz, lakin ondan çıxmaq çətin bir yoldur”.
Bunu da Makron deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB