Virciniyada atışma...

ABŞ-ın Virciniya ştatında atışma olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadiəs məzun gecəsində olub.

Məlumata görə, atışma zamanı 20 yaşlı gənc ölüb, daha 8 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Polis bildirib ki, 2 nəfər hücumdan qaçarkən avtomobilin vurması nəticəsində yaralanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə