Rusiyalı “dezertir”lərə nümunə...

Rusiyalı “dezertir”lərə nümunə...

Yenə Ramzan, yenə də Kadırov...özü də deyəsən bu dəfə daha çox israrlıdır. Ukrayna prezidenti Vladimir Zelenskiyə əllərini qaldırıb meydana şıxmasını “əmr edir”.

“...Yaxın vaxtlarda, əvvəllər dediyim kimi, Rusiya qüvvələri yeni taktikalardan istifadə edəcək və xüsusi əməliyyatın keçirilməsində hər gün daha effektiv və daha sürətli nəticələr əldə olunacaq”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Çeçenistan rəhbəri teleqram kanalında yazıb.

Ramzan xəbərdarlıq da edib ki, “ifadələrimin təsdiqi olaraq, nasistlərin, şeytanların və Ukraynanın işğalçı texnikasının məhv edilməsini əks etdirən video sübutları yükləyəcəm”. Onun sözlərinə görə, “Hər şey yeni başlayır! Bunlar çiçəklərdir, amma tezliklə giləmeyvə olacaq”.

Onun sözlərinə görə, ruslarla döyüşən ukrynalıları yaxınlarda guya sürprizlər gözləyir. Ona görədə Ramzan Ukrayna prezidentinə xitabən onu təslim olmağa çağırır.

“Mən Zelenskiyə sonuncu dəfə xəbərdarlıq edirəm! Əllərini yuxarı qaldır və “atmayın, mənəm, təslim oluram!” sözləri ilə meydana çıxş. Əks halda, sənin işin “xanadır!” .

Gərək ki, rusiyalı “dezertir”lərə o gün müraciət emişdik...yenə də təkrar edirik, baxın, bir də baxıb nümunə götürün!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə