Bu arada Polşanın keçmiş prezidenti olmuş Lex Valensa Avropa İttifaqının ləğv edilərək, yenidən yaradılmasının zərurətini bəyan edib.
Onun sözlərinə görə, yeni icma əsasda Fransa və Almaniya olmaqla, eləcə də Polşa və Macarıstanın iştirakı olmadan formalaşmalıdır.
“Avropa İttifaqı Polşa ilə kompromis axtarmaq əvəzinə, parçalanmalı və bir neçə dəqiqədən sonra Polşa və Macarıstanın iştirakı olmadan, Almaniya və Fransa ilə yeni bir assosiasiya yaratmalıdır”.
Maraqlıdır ki, Valensa onun bu təklifinin eşidilməməsinə təəssüflənir. Onun dediyinə görə, “əgər biz yeni bir ittifaqa girmək istəsəydik, o zaman hüquqlardan əlavə, ilkin olaraq öhdəlikləri də qəbul etməli, onları elə təyin etməli olardıq ki, bu gün baş verən qəzəblər bir daha təkrarlanmasın”.
Sabiq prezident Avropa Komissiyasının Polşa üçün milli bərpa planını təsdiqləməsinin səhv olacağını söyləyir. O, hesab edir ki, bu plan üzrə ayrılan pullar yenə də ya göyə sovrulacaq, ya da oğurlanacaq.
Məhz bu mənada “...hüququn aliliyi olmadan milyardlarla avronu israf etməyin mənası yoxdur”-deyə Valensa bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB