...Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil etdiyi ölkənin daha bundan sonra Qərbin “inam vədləri”ni bir daha qəbul etməyəcəyini bildirmişdi. SİA bu barədə rus saytlarına istinad edir.
O gün isə həmişə “arxalarında durduqları” Serbiya teleradio şirkətinə danışan rusiyalı nazir, Rusiyanın bütün bunlardan dərs aldığını və bundan sonra bir daha heç vaxt bu insanlara güvənməyəcəklərini bildirdi.
Rusiyanın bundan sonra Qərb texnologiya və investisiyalarından asılı olmağa icazə verilməyəcəyini bəyan edən Lavrov, bütün bunların Rusiya tərəfinin onlarla (...təbii ki, Qərb nəzərdə tutulur) ümumiyyətlə danışmayacağı anlamına gəlməsi kimi, başa düşməməyə də çağırıb.
Yəni, Lavrovun dediyindən mən belə başa düşürəm ki, Rusiya Qərblə “könülsüz də olsa” ünsiyyət quracaq, amma...
“...Görək, onların “əsəbləri sovuşandan” (...yəqin bizdə deyilən o “köpləri yatandan sonra” demək istəyir) sonra bizə nə deyəcəklər (...mənə elə gəlir ki, “ayağınıza düşüb” yalvaracaqlar).
... Necə də yerində verilən sualdır. Türklər onu necə deyirlər: həm suçlu, həm güclü..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB