Bayram Beqay prezident olacaq…

Xəbər verildiyi kimi, general-mayor Bayram Beqay Albaniyanın yeni prezidenti olacaq.

Belə ki, Baş nazir Edi Rama cümə günü bildirib ki, onun partiyası müxalifətlə vahid namizəd seçə bilmədiyi üçün yeni prezident kimi müdafiə naziri seçib.

Qeyd edək ki, Beqay 2020-ci ildə Albaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. Bundan əvvəl o, orduda, əsasən tibb sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, 140 deputatdan ibarət Albaniya parlamentdə səslərin beşdə üçünün toplanması lazım olan üç tur ərzində yeni prezidenti seçmək mümkün olmamışdı.

Yeri gəlmişkən Baş nazir Edi Ramanın partiyası Beqayın 78 səsinə qarşı …74 səs toplayıb.

Beləliklə, alban parlamentin şənbə günü axşam toplanaraq yeni dövlət başçısına səs verməsi gözlənilir.

Qeyd edək ki, Albaniyada prezidentin rolu əsasən simvolik xarakter daşıyır, baxmayaraq ki, o, məhkəmə və ordu üzərində müəyyən səlahiyyətlərə malikdir.

…Və sonda xatırladım ki, Albaniya 2009-cu ildən NATO-ya üzvdür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə