Qazaxıstan Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədar olaraq, Rusiya dəniz limanları vasitəsilə ixrac etdikləri neftin markasının adını dəyişmək qərarına gəliblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” “CNPC-Aktobemunaigas” şirkətinin məlumatına istinadən xəbər verir.
Qeyd edək ki, Qazaxıstan şirkəti atacağı bu addımın öz neftini Rusiya mənşəli neftdən ayırmaq, ümumiyyətlə sanksiya risklərindən və maliyyə problemlərindən qaçmağa hesablandığını bildirib.
Maraqlıdır ki, şirkət artıq öz neftinə adda düşünüb-Qazaxıstan İxrac Qarışığı Xam Nefti, qəsaca, KEBCO.
Ölkənin neft şirkətlərindəki mənbələrə görə, dəyişikliklər iyunun 6-dan qüvvəyə minəcək. “Reuters”in həmsöhbətlərindən biri onu da bildirib ki, Qazaxıstanın energetika nazirliyi yeni sortdan rəsmən istifadə etmək üçün hökumətdən icazə də istəyəcək.
Xatırladaq ki, Qazaxıstan nefti hələ ki, Qərb sanksiyalarına məruz qalmır, lakin respublika neft ixracının 20 faizinin tranzit marşrutu kimi Rusiya dəniz limanlarından istifadə edir.
Onu da qeyd edək ki, 2021-ci ildə Rusiya dəniz limanlarından təxminən 13,3 milyon ton Qazaxıstan neft keçib və hətta qazax tədarüklərinin dəfələrlə Rusiya istehsalı ilə “səhv salındığı” da olub. Deyim ki, “bu səhv salmaya” hətta bir müddət bundan əvvəl ABŞ-ın “The Washington Post” nəşri də reaksiya vermişdi. Əslində bunu eyham kimi də qəbul etmək olardı... Nə isə...
...Amma neftlərinin adını dəyişən qazaxıstanlı neft hasilatçıları bundan sonra guya bu məhsulun bahalaşması və onun satışının onlar üçün asanlaşacağına ümid edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB