Peskov Zelenskiyə inanmadığını deyir…

“...Kiyevə verilən “HIMARS” sistemlərindən Rusiya ərazisində istifadə edilməyəcək”?
Peskov Zelenskiyə inanmadığını deyir…

...Yenə də ötən gün ABŞ dövlət katibi Entoni Blinkenin NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ və Ukrayna hökumətləri arasında güclü etimad əlaqələri olduğunu deyərkən ölksinin əminliyini də ifadə edib: “...Kiyevə verdiyimiz “HIMARS” sistemlərindən Ukrayna Rusiya ərazisində istifadə etməyəcək”.

...Deməli, bu fikirləri ötən gün amerikalı diplomat Metyu Brayza da ifadə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Brayza, daha sonra bildirib ki, əgər Kiyev hakimiyyəti Rusiya ərazisinə hücum etmək üçün Amerikanın göndərdiyi “HIMARS” reaktiv sistemlərindən istifadə etmək qərarına gələrsə, guya bu halda Ukraynaya silah axını dayandırılacaq.

“…Mən də bu işin içindəyəm, ukraynalılar başa düşürlər ki, ABŞ-dan ümidsiz şəkildə istədikləri bu silahlardan Rusiya ərazisində istifadə etsələr, Ukraynaya silah axını tezliklə dayanacaq”.

Deyim ki, bu fikirləri rus saytları Brayzaya istinadən tirajlayıblar.

Yeri gəlmişkən, burada maraqlı nüans amerikalı diplomatın yaşananlara münasibətidir. Məsələn o, Ukraynaya “HIMARS” sistemlərinin verilməsindən Rusiya tərəfinin münaqişənin qızışdırılması üçün bəhanə kimi istifadə etməyəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Rusiya Federasiyası ərazisinə zərbələr endirməmək şərti ilə “HIMARS” sistemlərinin Ukraynaya tədarükü ilə bağlı razılaşmanı elan etmişdi.

Ukrayna Prezidenti Vladimir Zelenski də Kiyevin bu tələbə əməl edəcəyinə “and-aman” eləyib söz versə də,.. amma Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov buna ianamadığını bəyan edib. Maraqlıdır ki, o, əsas kimi, Ukrayna prezidentinin Donbassdakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı verdiyi vədlərin heç birinə əməl etmədiyini göstərmişdi.

…amma, deyim ki,..Peskov gərək “bağışlaya” , çünki vətənini sevən hər kəs rusun təklif etdiyi belə “sülh yolu”nu qəbul etməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə