Çində qatar relsdən çıxıb

Çinin Quyçjou əyalətində yüksək sürətli qatarın relsdən çıxması nəticəsində maşinist ölüb, 8 nəfər yaralanıb. SİA xarici mətbuata istinadğn xəbər verir ki, ölkənin cənub-qərbindəki Quyçjou əyalətinin Quiyang şəhərindən yola düşən D2809 reysi ilə hərəkət edən yüksək sürətli qatar Rongjiang mahalına yaxın bir bölgədə relsdən çıxıb.

Qəzada mexanik ölüb, 1 zabit və 7 sərnişin yaralanıb. Alınan xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib. Qatarda olan digər 136 sərnişin təhlükəsiz şəkildə təxliyə edilib. Qatarın təyinat məntəqəsinin Quançjou olduğu öyrənilib. Qəzanın dağlardan gələn palçığın relslərə dolması nəticəsində baş verdiyi açıqlanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə