Slovakiyanın Zilina bölgəsində, Vrutki və Varin şəhərləri arasında lokomotivin stasionar sərnişin qatarına çırpılması nəticəsində 4-ü ağır olmaqla 70 nəfər xəsarət alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sürücülərin həyatını itirdiyi xəbəri yanğınsöndürənlər tərəfindən təkzib edilərkən, hadisə yerinə gələn sağlamlıq qrupları ağır yaralı xəstələri helikopterlə xəstəxanaya çatdırıb.
Slovakiyanın baş naziri Eduard Heqer verdiyi açıqlamada, “Təəssüf ki, ciddi qatar qəzası baş verdi. Daxili işlər, səhiyyə və nəqliyyat nazirlərimiz hadisə yerinə gedirlər. Vəziyyətdən məni xəbərdar edəcəklər. Hadisə yerində olan bütün xilasetmə qruplarına təşəkkür edirəm” deyib.
Qəza yerində Martin, Zilina və Trenndən olan peşəkar yanğınsöndürənlər, Zilina və Banovce nad Bebravou xilasediciləri, həmçinin könüllü yanğınsöndürənlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB