Türkiyədə “meymun çiçəyi” şübhəsi yaranıb

Türkiyədə “meymun çiçəyi” şübhəsi yaranıb

Türkiyənin Sultanqazi ərazisində əllərindəki yaralara görə 2 əcnəbi vətəndaş aptekə gedərək dərman istəyib. SİA xəbər verir ki, əczaçı vəziyyəti "meymun çiçəyi" şübhəsi ilə səlahiyyətlilərə bildirib. Polis və sağlamlıq qrupları aptekdən çıxan 2 adamı və yoldaşlarını küçədə saxlayıb. 3 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

“Meymun çiçəyi” şübhəsi ilə 3 əcnəbi vətəndaşın müayinə nəticələri gözlənilərkən, yaraların səbəbinin “suçiçəyi” də ola biləcəyi də qeyd edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə