Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Avropa İttifaqının hazırladığı altıncı sanksiyalar paketi nəhayət ki, rəsmən təsdiqlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aİ Komissiyasının bu paketi təklif etməsindən sonra blokadanı tətbiq etməyə başlayan və həftənin əvvəlində Brüsseldə keçirilən sammitdə istədiyini aldıqdan sonra vetonunu qaldıran Macarıstan son anda atdığı addımla yenidən gündəmi zəbt edib.
Macarıstan liderlərin siyasi razılıq əldə etdiyi paketin təsdiqi üçün Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin sanksiya siyahısından çıxarılmasını tələb edib. Aİ ölkələri Budapeştin bu addımı atana qədər təsdiq etməyəcəyini görəndə baş nazir Viktor Orbanın tələbinə boyun əyməli olublar. Sanksiya paketi təsdiqlənməzdən əvvəl Patriarx Kirill siyahıdan çıxarılıb. Digər tərəfdən, Rusiya lideri Vladimir Putinin sevgilisi olduğu iddia edilən olimpiya və dünya çempionu keçmiş gimnast Alina Kabaeva (39) da son sanksiyalar paketinə daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB