Pilot qəzada həlak oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin “F/A-18E/F” “Super Hornet” qırcı təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub. SİA xəbər verir ki, məlumatı ABC telekanalı yayıb.

Bildirilib ki, hadisə ABŞ-ın Kaliforniya ştatının Moxave çölündə baş verib.

Hadisənin səbəbi araşdırılır.

Qəza ilə bağlı başqa məlumat yayılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə