Qatarda dəhşət yaşanıb

Pakistanda iki uşaq anası olan 25 yaşlı gənc qadın dəhşətli hücuma məruz qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qatar səfərində başına gələnlər bütün ölkəni ayağa qaldırdı. Xalq cinayətkarların edam olunmasını istəyib.

Qatar nəzarətçisi və üç qatar işçisi növbə ilə qadına cinsi təcavüz edib və qaçmağa çalışarkən onu dəhşətli hədələyiblər. Lakin gənc qadın qatardan qaça bilib və vəziyyəti polisə çatdırıb.

Hücumdan saatlar sonra şübhəlilər həbs olunmaq qorxusundan Pəncaba qaçıblar. Lakin səlahiyyətlilər polisin onları yaxaladığını, iki nəfəri həbs etdiyini, üçüncü şəxsin isə ertəsi gün saxlanıldığını bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə