ABŞ-da keçirdiyi görüşlərdən sonra Belçikada keçirilən Avropa İttifaqı (Aİ) sammitində Ankaradan Almaniya və Fransaya şikayət edən Afina rəhbərliyi Türkiyə əleyhinə müxtəlif siyasi və hərbi ssenarilər gündəmə gətirməyə davam edir. SİA-nın xatici mətbuata istinadən verdiyi xəbərə görə, xüsusilə dünən Yunanıstan mətbuatında çıxan xəbərlərdə Türkiyənin daha çox gündəmdə olduğu görülsə də, bir çox media orqanı Türkiyənin Aralıq dənizində “dəniz blokadası” keçirməsi və Yunan adasına yerləşdirmə ehtimalını müzakirə edir.
Mətbuatda yer alan və Afinanın hazırlandığı ssenarilər arasında diqqət çəkən məqamlardan biri də Türkiyənin 4-cü qazma qurğusunu işə salması ehtimalına qarşı atılacaq addımlar olub. Yunanıstan Müdafiə Nazirliyinin Türkiyənin yeni qazma fəaliyyətinə qarşı 4 ssenari hazırladığı bildirilərkən, Yunan xüsusi təyinatlılarının həm pilotsuz təyyarələr, həm də 2020 döyüş gəmisi ilə sızma və bənzər əməliyyatlar üzərində işlədiyi iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB