Səudiyyə qadınları mexaniklik edir

Səudiyyə qadınları mexaniklik edir

Cəmi dörd il əvvəl maşın sürməyə başlayan səudiyyəli qadınlar indi avtomexanik işləyirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dörd il əvvəl Səudiyyə Ərəbistanında sürücülük vəsiqəsi alaraq sürücülük hüququ qazandıqdan sonra ölkədəki qadın avtomobil ustaları diqqəti cəlb edib. Səudiyyə Ərəbistanının paytaxtı Ciddə şəhərində “Petromin Ekspress” avtomobil təmiri sexində səudiyyəli qadınlar kişi işçilərlə birlikdə avtomobillərin yağını yoxlayır, təkərlərini dəyişirlər.

“AFP” agentliyinin xəbərinə görə, avtomobil ustası olmaq üçün həyat yoldaşlarının razılığı tələb olunsa da, xanım sürücülər tərəfindən xüsusilə qadın ustalara üstünlük verildiyi bildirilib. Mexanik işləyən 44 yaşlı Ola Flimban ərinin razılığını aldıqdan sonra müsahibədən əvvəl maşının hissələrinin adları üzərində birlikdə işlədiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə