“Bizə Rusiya ordusu lazım deyil...”

“Bizə Rusiya ordusu lazım deyil...”

Moskva və Kiyev Ukrayna ərazisində döyüş əməliyyatları zamanı həlak olan hərbçilərin cəsədlərini dəyişdiriblər.

SİA xəbər verir ki, bu barədə müharibə müxbiri İrina Kuksenkova Telegram kanalında məlumat verib.

“Rusiya və Ukrayna arasında ölənlərin cəsədləri 160-160-a dəyişdirilib”, - Kuksenkova yazıb

Mübadilənin Zaporojye vilayətinin təmas xəttində baş verdiyi bildirilir.

Qeyd edək ki, may ayında Ukrayna prezidenti Vladimir Zelenski əsir götürülmüş hərbçilərin hər an Rusiya ilə mübadilə etməyə hazır olduğunu bildirib: “Bizə Rusiya ordusu lazım deyil, bizə yalnız öz ordumuz lazımdır. Biz sabah da dəyişməyə hazırıq və bu mübadilə çox vacibdir”.

Zelenski vurğulayıb ki, əsirlərin dəyişdirilməsi prosesinə mümkün qədər çox ölkə cəlb edilməlidir. Onun sözlərinə görə, Ukrayna bir neçə min rus əsgərini əsirlikdə saxlayır və onları dəyişdirməyə hazırdır. O hesab edir ki, bu prosesə BMT, İsveçrə, İsrail və digər dövlətlərin cəlb edilməsi məqsədəuyğun olardı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə