Hindistanın cənub-şərqindəki Andhra Pradeş rayonundakı zavodda ammonyak sızması qeydə alınıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Times of India” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində zavodda azı 150 nəfər xəsarət alıb. Səlahiyyətlilər sızmanın yaxınlıqdakı fabrikdən gəldiyinə inanırlar.
Qəzet qeyd edir ki, zərərçəkənlər başgicəllənmə və qusmadan şikayət ediblər. Hazırda vəziyyət səlahiyyətlilərin nəzarətindədir, zərərçəkənlər təxliyə edilib. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB