Ökədəki qiymət artımı amerikalıların evlənməsinə mane olur?
“Xeyir işi yubatmazlar...”

Ruslar yenə də bədbin-bədbin yazırlar ki, ABŞ-da “cövlan edən” inflyasiya guya ölkədə toyların təşkilinə də mane olub. Qeyd edim ki, Amerika toyları bizim o köhnə əyyamda olan “bir kəllə qənd, bir molla, üç manat” pulsuz keçə də, hər halda onların subay qalacaqları elə də inandırıcı görünmür.

Təbii ki, rusların “Bloomberg”i “qabağa verib” ona istinad etmələri də başadüşüləndir.

Deməli, “Bloomberg”dən rusların etdiyi istinada görə, bu il Amerikada təxminən 2,5 milyon toy gözlənilir ki, bu da 1984-cü ildən bəri rekord göstəricidir.

Lakin “Rusiyaya qarşı tətbiq edilən sanksiyalar” ölkədəki qiymətləri elə artırıb ki, daha toylara istənilən miqdarda qonaq dəvət etmək mümkün deyil. Qonaqsız da nə toy?

...Deyim ki, sizin bizdə olan o toylarına fikriniz getməsin. Amerikada bizlərdən fəqli olaraq bir dəfə (yazlq canımız) deyil, üç-dörd dəfə evlənib və ya beş-altı dəfə ərə getsələr də, amma deyim ki, yeməksiz, amma az miqdarlı da olsa içkili toyları “yaddaqalan” olur.

Hələ o gün Amerikada belə problemli məsələlərlə maraqlanmaq üçün 2007-ci ildə qurulmuş çoxmillətli şəxsi maliyyə şirkəti olan “Credit Karma” da araşdırma aparıb. Belə ki, araşdırmanın nəticələrinə görə, Amerikada rəyi soruşulanların təqribən 73 faizi “bahalığa” görə, toylara dəvət olunmamalarını istəyiblər. Onu da deyim ki, amerikalılar toya gedəndə, bizdəki kimi, filan qədər nəmər-zad yazdırmırlar ha... toya gələn amerikalı, adətən özü ilə ya bir şüşə şərab və yeni evlənənlər üçün elə də baha olmayan bir hədiyyə gətirir.

...Hə, indi rəyi soruşulanlar da ayda və ya ildə toya getmək üçün alacaqları bir şüşə şərab və ya elə də baha olmayan hədiyyəyə görə qıcırğanıb...bahalıqdan şikayətlənib...toya getmək istəmirlər.

Yenə də...amma bizdə, adam ayda heç olmasa üç və ya dörd toya çağırılmayanda, unudulduğunu düşünüb, hamıdan küsmək istəyir. Özü də bizlərdə belə bir inanc var, deyərlər ki, xeyir işin pulunu guya Allah özü yetirir...nə isə...

...Gərək, həyatda bədbin olmayasan...budur, amerikanlar bu il ölkədə ÜDM-nin 2,8 faiz artacağı proqnozlaşdırırlar. Eyni zamanda, ölkə iqtisadiyyatının ortamüddətli perspektivdə böhranla üzləşib növbəti ilə qədər tənəzzül mərhələsinə keçə biləcəyini deyirlər.

Yeri gəlmişkən, bundan əvvəl amerikalı analitiklər il ərzində ölkədə inflyasiyanın yavaşladığını açıqlamışdılar. Bu məlumatı Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz ölkədəki maliyyə vəziyyətini şərh edərkən demişdi.

Şura rəhbəri bildirmişdi ki, ABŞ iqtisadiyyatı hazırda bir sıra qlobal problemlərin nəticələri ilə üzləşib.

Bunlara COVID-19 səbəbiylə tədarük zəncirlərində davam edən fasilələr, Çindəki son kilidləmə və Ukraynada baş verənlərin təsiri daxildir.

...Əslində, necə deyərlər “eşsən filan qədər problem çıxacaq, ona görə də məndən sizə tövsiyə: “...xeyir işi yubatmazlar...”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə