Çaddai ərzaq təhlükəsizliyinə görə ölkədə fövqəladə vəziyyət elan edib

Çaddai ərzaq təhlükəsizliyinə görə ölkədə fövqəladə vəziyyət elan edib

Dünyanın ən zəif inkişaf etmiş ölkələrindən olan Çad hökuməti Ukraynada hərbi əməliyyatlar nəticəsində yaranmış böhrana görə ərzaq problemi ilə üzləşib. Hökumət bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Afrika ölkəsindəki mövcud ərzaq problemi taxıl ixracının blokadaya düşməsi ilə daha da gərginləşib.

Çad hökuməti beynəlxalq tərəfdaşlarından ona yardım göstərməyi xahiş edib.

Ukraynada gedən hərbi əməliyyatlar dənli bitkilərin və yağların qiymətlərinin kəskin artmasına səbəb olub.

BMT buğdasının yarısını Ukrayna və ya Rusiyadan idxal edən Afrika ölkələrində “aclıq qasırğası”nın genişlənməsindən narahatdır.

Buğda qıtlığına əlavə olaraq, Afrika əhalisi ərzaq qiymətlərinin inflyasiyasına qarşı xüsusilə həssasdır, çünki onların hökumətlərinin onları kompensasiya etmək üçün heç bir maliyyə resursları yoxdur.

Afrika İttifaqının rəhbəri və Seneqal prezidenti Maki Sall qida sektorunun Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan kənarda qalması ilə bağlı çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə