...Zərərçəkmiş bütün vətəndaşların vəziyyəti ilə bağlı əlavə məlumat daha sonra veriləcək.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyi müxalifət tərəfdarları ilə polis əməkdaşları arasında baş verən toqquşmalarda 35 vətəndaşın xəsarət aldığını bildirib.
Bu barədə idarənin mətbuat xidməti sosial şəbəkələrdə saat 22:20-yə olan məlumata istinadən yazıb.
“Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verən insident nəticəsində həm mülki şəxslər, həm də polis əməkdaşları xəsarət alıb”, Bunu ermənilər yazırlar.
Bununla yanaşı onlar xəsarət alanların hamısının müayinə olunduqdan sonra, vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcəyi bildirirlər.
Siyasi çoxluq “xuliqan davranışa və baş verənlərə” görə bütün günahı parlamentin vitse-spikeri İşxan Saqatelyanın üzərinə qoyur. Bunu erməni müxalifəti nümayəndələri deyir.
Yeri gəlmişkən, bu arda “köhnə aratorlardan” olan Eduard Şarmazanov “Nikolun artıq hakimiyyətini qoruya bilməyəcəyini” deyib. (...Hə, indi bircə, bu barədə Serjiki müjdələmək qalır)
Amma hakim “Mülki Müqavilə” fraksiyası müxalifəti İrəvanın Proşyan küçəsindəki hökumət daçalarının yaxınlığında keçirilən aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında toqquşmaya səbəb olan təxribatda ittiham edib.
Bu barədə sosial şəbəkələrdə hakim fraksiya səlahiyyətlisi Artur Hovhannisyan məlumat verib. Onun sözlərinə görə, parlamentdə təxribat təşkil edə bilməyən revanşistlər polisə daş atmağa başlayıblar. Nəticədə orta və ağır bədən xəsarətləri alan 20-yə yaxın hüquq-mühafizə orqanı əməkdaşı xəstəxanaya yerləşdirilib
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB