Ukraynada atəşkəsin mümkün şərtləri müzakirə edilib

Ukraynada atəşkəsin mümkün şərtləri müzakirə edilib

ABŞ administrasiyasının rəsmiləri son bir neçə həftə ərzində avropalı müttəfiqləri ilə Ukraynada atəşkəsin mümkün çərçivələri ilə bağlı müntəzəm məsləhətləşmələr aparır.

SİA xəbər verir ki, bu barədə cümə günü ABŞ hökumətindəki mənbələrə istinadən CNN məlumat yayıb.

Beləliklə, verilən məlumata görə, Ukrayna bu müzakirələrdə iştirak etməyib. Eyni zamanda, CNN-in həmsöhbətləri müzakirənin aparıldığı hər hansı konkret çərçivənin adını çəkməsələr də, Vaşinqtonun ərazi güzəştləri məqsədilə Kiyevə təzyiq etmək fikrində olmadığını da vurğulayıblar. Mümkün atəşkəs üçün İtaliya təşəbbüsü, deyilənə görə, dəstək almayıb.

Belə məsləhətləşmələr aparılsa da, CNN-in həmsöhbətləri qeyd edirlər ki, Vaşinqton hələlik tərəflərin atəşkəsə hazır olduğunu görmür. Bununla belə, razılaşmanın alternativi münaqişənin qeyri-müəyyən müddətə uzanmasıdır ki, bu da qlobal iqtisadiyyatda problemlərin artmasına səbəb olur. Eyni zamanda, ABŞ hələ də ümid edir ki, “onlar Ukraynanı tam təslim olmaq üçün deyil, məsələni sülh yolu ilə həll etmək üçün kifayət qədər uzun müddət dəstəkləyə biləcəklər”.

Qeyd edək ki, bir nüddət bundan əvvəl “Repubblica” qəzeti İtaliyanın BMT və G7 tərəfdaşlarına Ukraynada atəşkəs, həmçinin “mübahisəli ərazilər” haqqında müqavilə və Avropada təhlükəsizlik təminatlarına dair ümumi çoxtərəfli sazişi nəzərdə tutan sülh nizamlanması təklifini verdiyini yazmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə