Ermənistan müxalifətinin aksiyasında onlarla insan xəsarət alıb

Ermənistan müxalifətinin aksiyasında onlarla insan xəsarət alıb

İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, etirazçılar parlamentə doğru irəliləmək istəyərkən polislə toqquşma yaranıb.

Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var.

Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə