Keniyada təbii yaşayış yerlərinin yaratdığı problemlərə etiraz edən nümayişçilər ilә polis әmәkdaşları arasında qarşıdurma olub. Polisin sәrt müdaxilәsi nәticәsindә 3 nәfәr hәyatını itirib.
“The Daily Nation” nәşrinin yaydığı mәlumata görә, polis ölkənin Kajiado bölgəsindəki yolu nәqliyatın hәrәkәti üçün bağlayan etirazçılara atəş açıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Nümayişçilər hökumətdən təbii yaşayış yerlərindəki canlıların kənd və qəsəbələrə hücumlarına son qoymasını tələb edirlər.
Maşuru Polis İdarәsinin rәisi Çarlz Çepkonqa bildirib ki, polis nümayişçilәri dağıtmağa çalışarkən xaos yaranıb.
Kajiado bölgәsinin qubernatoru Cozef Lenku isə bölgə xalqının vəhşi heyvanların hücumlarına mәruz qaldıqlarını ifadə edərəl yaşanan hadisələri pisləyib.
Son aylarda bölgədə vəhşi heyvanların hücumları nəticəsində çoxlu sayda insanın həyatını itirdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB