Finlandiya Rusiyanın elektrik xətti ilə əlaqəni kəsdi

Finlandiya Rusiyanın elektrik xətti ilə əlaqəni kəsdi

Finlandiya Rusiyanın İmatra-Svetoqorsk transdövlət elektrik ötürücü xəttindən ayrılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” dövlət enerji şəbəkəsi şirkəti olan “Fortum”a istinadən xəbər verir.

“...İmatra və Svetoqorsk arasında sistemlərarası ötürmə xətti Rusiya Federasiyasından tədarükün dayandırılması səbəbindən qeyri-müəyyən müddətə kəsilib”.

Qeyd edək ki, agentliyin açıqlamasında belə deyilir.

Beləliklə, mayın 12-də Finlandiya şirkəti Rusiya bazarından çıxdığını elan edib. Bundan əlavə, “Fortum” ölkədə fortumun aktivlərinin potensial satışını nəzərdən keçirib və həmçinin Rusiyada brenddən istifadəni dayandırmaq niyyətində olduğunu bəyan edib.

Fortumun Rusiyada layihələrin həyata keçirilməsini dayandırması faktı hələ mart ayında mediada yayılmışdı. Bu qərarın Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlaması ilə bağlı olduğu dəqiqləşdirilib.

Yeri gəlmişkən “Fortum”, baş ofisi Espooda yerləşən Finlandiyanın enerji şirkətidir. Onun fəaliyyəti Şimali Avropa, Baltikyanı ölkələr və Rusiyada cəmləşib. “Fortum” elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və satışı ilə məşğuldur. Bundan əlavə, Finlandiya, İsveç, Norveç, Böyük Britaniya, Polşa, Baltikyanı ölkələr və Rusiyada yerləşən 500-dən çox enerji müəssisəsinin tam və ya qismən sahibi olduğu məlumdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə