Çinin Fujian əyalətinin Xiamen şəhərində keçirilən "Əjdaha qayıq festivalı" rəngli görüntülərə şahidlik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çində hər il gündönümündə qeyd edilərək 2000 illik Çin ənənəsinə çevrilən "Əjdaha qayıqları festivalı" davam edir. Festival zamanı həmin gün üçün xüsusi yeməklər hazırlanır, qayıqların baş və uc hissələrində ənənəvi Çin əjdaha formalarının adını daşıyan Draqon qayıqları ilə yarış keçirilib.
Tayvan boğazının hər iki sahilindən 41 komandadan mindən çox insan yarışıb. Festivalda yarışan komandalar digərlərindən əvvəl hədəfə çatmaq üçün gərgin mübarizəyə giriblər. Komanda yoldaşlarının ritmini və konsentrasiyasını yüksək tutacaq şəkildə qayığın qarşısında əyləşərək nağara çalan komanda üzvlərindən rəngli görüntülər yaranıb.
Qeyd edək ki, Çində keçirilən "Əjdaha qayıqları festivalı" şənbə günü başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB