Yaxın gələcəkdə Ukrayna ordusu özünü müdafiə edə bilməyəcək və Donetsk istehkam ərazisinin yıxılması onun üçün ölümcül olacaq.
SİA xəbər verir ki, bunu “360” telekanalı hərbi ekspert Anatoli Matviyçuka istinadən bildirib.
Onun sözlərinə görə, guya Rusiya Silahlı Qüvvələri tərəfindən tamamilə məhv edildiyindən, bu gün Ukrayna Silahlı Qüvvələrində demək olar ki, aviasiya yoxdur.
Matviyçukun dediyinə görə, hərbi əməliyyatlar başlayandan bir müddət sonra Kiyevin sərəncamında olan 10- 15 təyyarə və 20 -25 helikopter Rumıniya aerodromlarına köçürüldü. İndi isə oradan “başlarını qaldıra bilmirlər, bilirlər başlarını qaldırsalar vurulacaqlar”.
Maraqlıdır ki, Matviyçuk, həmçinin Kiyevə verilən “HIMARS” da daxil olmaqla, Amerikanın çoxsaylı buraxılış raket sistemlərinin və digər silahların mümkün tədarükünə də münasibət bildirib.
Onun sözkərinə görə, bu komplekslərin çoxsaylı buraxılış raket sistemləri ilə yanaşı, raket sistemi də var. Yəni 300 km-ə qədər atəş məsafəsinə malik taktiki raketləri buraxa bilir. Əgər ABŞ həqiqətən də onları çatdırarsa və Ukrayna bu uzaqmənzilli silahı Kurska hücumlar üçün istifadə etmək qərarına gəlsə, onda bizim əlimiz açılacaq.
Matviyçukun fikrincə, guya Vaşinqton bunu başa düşür və ona görə də onlar bu sistemi göndərərkən çox diqqətli olacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB