Hindistanın Qucarat əyalətində kimya zavodunda güclü partlayış və güclü tüstü baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə yerindən kadrları Hindistanın İnKhabar xəbər kanalı təqdim edib.
“Times of India”nın məlumatına görə, partlayış və ardınca yanğın Vadodara şəhərində “Deepak Nitrite” kimya şirkətinin zavodunda baş verib. Zavoddan qalxan tüstü ətrafdakı yaşayış sahələrini də əhatə edib.
Hind portalının məlumatına görə, bir neçə yanğınsöndürmə briqadası alovu çətinliklə də olsa söndürə bilib.
Qeyd edək ki, yanğın söndürülsə də, amma lakin hələ ki, ölən və ya yaralananlar barədə məlumatımız yoxdur”.
Bunu yanğınsöndürmə briqadasının üzvlərindən biri bildirib.
Yeri gəlmişkən, bu ayın əvvəlində , Sloveniyanın Koçevye şəhərindəki Melamin kimya zavodunda baş verən partlayış nəticəsində 6 nəfər həlak olmuşdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB