Ötən il Avstriyada müsəlmanlara qarşı mindən artıq rasizm halı qeydə alınıb

Ötən il Avstriyada müsəlmanlara qarşı mindən artıq rasizm halı qeydə alınıb

Ötən il Avstriyada müsəlmanlara qarşı 1061 rasizm halı qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Avstriya İslamofobiya və Müsəlmanlara qarşı Rasizm Hallarının Sənədləşdirilməsi və Məsləhət Xidmətinin illik hesabatında əks olunub. Bildirilib ki, xidmətə daxil olan halların çox hissəsində hadisəni törədən şəxs kişi olub, islamofob hücumlara məruz qalanların 70 faizi isə qadınlar olub. Rasizm hallarının 31 faizi üçün siyasətçilər cavabdeh olublar.

Qeyd edilib ki, pandemiya ilə əlaqədar islamofob hücumların əksəriyyəti internetdə baş verib, siyasi hadisələr və siyasətçilərin verbal hücumları sosial medialarda rasizm hallarının artmasına səbəb olub.

Müsəlmanlara qarşı hücumlar ötən il, əsasən may (150) və iyun (170) aylarında baş verib. Bu isə xidmət tərəfindən Avstriyada hansı federal əyalətdə nə qədər məscidin olduğunu əks etdirən “İslam xəritəsi“nin yayılmasından sonra baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə