Biz qapını onlara açıq saxlayırıq...

Biz qapını onlara açıq saxlayırıq...

Almaniyanın xarici işlər naziri Annalena Burbok ölkəsinin Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinin tərəfdarıdır.

SİA xəbər verir ki, bubarədə “UNN” “Handelsblatt”a istinadən yazır.

“...İndi biz tarixi bir mərhələdəyik və mənim üçün bu o deməkdir ki, biz əvvəlki düstura uyğun hərəkət edə bilmərik. Bu o deməkdir ki, Şimali Makedoniya və Albaniya nəhayət ki, üzvlük danışıqlarına başlaya bilər. Ukraynaya gəldikdə isə bunu açıq şəkildə qeyd etmək lazımdır: “siz Avropanın bir hissəsisiniz”.

Qeyd edim ki, bunu almaniyalı nazir bildirib.

Amma o da maraqlıdır ki, buna baxmayaraq, Burbok Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasını istisna edir.

“Burada heç bir endirim ola bilməz. Amma hazırda biz Avropa İttifaqı olaraq birlikdə kursu müəyyən etməliyik ki, qapını onların üzünə bağlamayaq”, -Burbok əlavə edib.

Bundan əvvəl Burbok Avropa İttifaqı ölkələrini Rusiyaya qarşı mübarizədə Ukraynaya daimi və ardıcıl dəstəyi davam etdirməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə