"Türkiyə ilə bu dialoqu davam etdirməyə hazırıq"

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin Finlandiyanın NATO-ya üzvlük müraciəti prosesinə etiraz etməsinə münasibət bildirib
"Türkiyə ilə bu dialoqu davam etdirməyə hazırıq"

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin Finlandiyanın NATO-ya üzvlük müraciəti prosesinə etiraz etməsinə münasibət bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazir Haavisto "Danışıqlar zamanı düşünürəm ki, biz Türkiyənin təhlükəsizliklə bağlı bəzi narahatlıqlarını və bu kimi məsələləri ətraflı müzakirə etdik. Və təbii ki, biz Türkiyə ilə bu dialoqu davam etdirməyə hazırıq. Bunun üzvlükdən əvvəl birdəfəlik dialoq olmamasının vacib olduğunu düşünürəm" deyib.

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə etirazı ilə bağlı suala Haavisto iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərini paytaxt Ankaraya göndərdiklərini xatırladıb.

Nümayəndə heyətlərinin Prezidentin sözçüsü İbrahim Kalınla 5 saat ərzində çox yaxşı və ətraflı danışıqlar apardıqlarını ifadə edən Haavisto deyib:

"Mən tam əminəm ki, bu proses davam edəcək. Təbii ki, masada müxtəlif problemlər var. Finlandiya və İsveçdə də terror təşkilatı kimi gördüyümüz PKK məsələsi var. PKK Aİ-nin də terror təşkilatları siyahısındadır. Buna heç bir şübhə yoxdur. Əgər bunu xüsusilə qeyd etmək lazımdırsa, bunu edə bilərik”.

Danışıqlardan sonra Finlandiyanın Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşüb-düşmədiyi və bu narahatlığı aradan qaldırmaq üçün addım atmayacağı sualı qarşısında isə nazir Haavisto "Təbii ki, Türkiyə ilə danışarkən Türkiyənin mövcud narahatlıqlarını aradan qaldırmağa çalışırıq. Amma təbii ki, biz öz qanunvericiliyimizə və ya qanunvericilik proseslərinə də hörmətlə yanaşmalıyıq, heç kim başqa ölkələrlə bağlı qərarlar diktə edə bilməz" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə