Somali Respublikasının prezidenti Həsən Şeyx Mahmud beynəlxalq ictimaiyyəti quraqlığa görə milyonlarla insanın qida çatışmazlığı yaşadığı ölkəsinə yardım etməyə çağırıb.
Prezident Şeyx Mahmud quraqlıq səbəbilə evlərini tərk edərək Baidoa bölgəsindəki düşərgələrə sığınan ailələri ziyarət edib. SİA-nın əldə etdiyi məlumata görə, burada etdiyi çıxışında təcili yardım barədə beynəlxalq ictimaiyyətə müraciət edib.
Somali Prezidentinin Quraqlıqla Mübarizə üzrə Xüsusi Nümayəndəsi Abdirahman Abdishakur Varsame daha əvvəl verdiyi açıqlamada ölkə üzrə 6,1 milyon insanın ciddi qida problemi yaşadığını, ölkəsinin “aclığa bənzər şəraitlə” üzləşdiyini, uzun sürən quraqlıq səbəbiylə 330 min uşağın qidalana bilmədiyini qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə 2020-ci ilin sonundan bəri quraqlığın hökm sürdüyü Somalidə milyonlarla insan aclıqla pəncələşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB