"...ABŞ və Rusiya tərksilahla bağlı dialoqa qayıtmalıdır”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Silahlara Nəzarət Assosiasiyasının tədbirində çıxışı zamanı BMT baş katibinin tərksilah üzrə müavini İzumi Nakamitsu deyib.
“Mövcud vəziyyətin çətinləşməsinə baxmayaraq, ABŞ və Rusiya Federasiyası mümkün olan ilk fürsətdə dialoqa qayıtmalıdırlar”- deyən BMT baş katibinin müavini həmçinin xatırladıb ki, “START-3”-ün müddəti 4 ildən sonra başa çatacaq.
“...Növbəti razılaşmanın razılaşdırılması vaxtı daralır və aydındır ki, bu, dialoq və qarşılıqlı əlaqə olmadan baş verə bilməz". Bunu da Nakamitsu deyib.
Qeyd edək ki, bir müddət bundan əvvəl böyük böhranlardan sonra silahlara nəzarət danışıqları üçün hər zaman fürsət pəncərəsi olduğunu deyən Nakamitsu, indi buna hazırlaşmağın əsil vaxtı olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB