Medvedevdən xəbərdarlıq...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevin Rusiya ərazilərinə hücum üçün ABŞ-dan aldığı silahlardan istifadə edərsə, Rusiya Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə zərbə endirəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib. (...maraqlıdır ki, “Əl-Cəzirə”nin əməkdaşı, bəs, belə olan halda Ukraynanın bu salahları ABŞ-dan niyə aldığını sual kimi ona ünvanlamayıb-A.B.)

“...Əgər bu növ silahlardan Rusiya ərazilərinə qarşı istifadə olunarsa, bu halda ölkəmizin silahlı qüvvələrinin Ukraynanın qərar qəbuletmə mərkəzlərini məhv etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq”, - deyə Medvedev bildirib.

Maraqlıdır ki, sədr müavini vuracaqları hədəfləri də sadalayıb. Bunlar Ukraynanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Baş Qərargahıdır. (...yenə də maraqlıdır, bir halda ki, ruslar bu obyektləri vura bilirlərsə, niyə indiyə qədər vurmayıblar?- A.B.)

“Ancaq başa düşmək lazımdır ki, bu halda yekun qərar qəbuletmə mərkəzləri, təəssüf ki, hətta Kiyevin ərazisində də yerləşmir. Ona görə də bu, şübhəsiz ki, nəzərə alınmalı olan təhlükədir”. – baxın, Medvedev xəbərdarlıq da edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə