ABŞ prezidentindən NATO rəhbərinə "tapşırıq..?"

Bayden Stoltenberqə İsveç və Finlandiyanın NATO-ya sürətlə daxil olmasını dəstəklədiyini bildirib
ABŞ prezidentindən NATO rəhbərinə "tapşırıq..?"

ABŞ prezidenti Cozef Bayden cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Finlandiya və İsveçin NATO-ya qəbulu prosesinin bütün müttəfiqlərin maraqları nəzərə alınmaqla, sürətlə davam etməsini təmin etmək səylərini dəstəklədiyini bildirib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bu məlumatlara görə, görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib. Bayden, Harris və Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin transatlantik təhlükəsizliyə təsirini, həmçinin NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini müzakirə ediblər.

“Onlar, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini alqışladılar və Prezident Bayden Baş Katib Stoltenberqin bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edən sürətli üzvlük prosesini asanlaşdırmaq səylərinə güclü dəstəyini ifadə etdi”, - deyə bəyanatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə