Türkiyə Böyük Millət Məclisinin sədri Şentop Bakıda keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. Biz hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Hesab edirəm ki, bu tədbir çərçivəsində 28 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək. Azərbaycan xalqı Qarabağ yaralarını yeni-yeni sarımağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var”, - Şentop qeyd edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB