Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranının həlli üçün Türkiyənin fəal diplomatiyası nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) çətiri altında yol xəritəsi hazırlanıb.
SİA xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə Ukraynadakı taxıl ehtiyatlarının təhlükəsiz şəkildə qlobal bazarlara çıxmasını təmin edəcək mexanizm qurmaq üçün bir müddətdir diplomatiya fəaliyyəti aparır.
Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqlar nəticəsində BMT çətiri altında “taxıl dəhlizi”nin fəaliyyət göstərməsi üçün yol xəritəsi hazırlanıb.
Bütün tərəflərin yol xəritəsinin detallarını müzakirə etmək üçün yaxın günlərdə İstanbulda görüşəcəyi gözlənilir.
Dördtərəfli görüşdə gəmilərin marşrutu, sığortası, təhlükəsizliyi, xüsusilə bölgədəki dəniz minalarının təmizlənməsi, komandanlıq mərkəzində olacaq zabitlər kimi məsələlər qiymətləndiriləcək.
Ukrayna və Rusiyanın müsbət yanaşdığı mexanizmlə Qara dənizdəki limanların ətrafında minalar təmizlənəcək, taxıl ehtiyatı təhlükəsiz şəkildə xarici bazarlara çıxacaq.
Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçiliyi ilə BMT-nin koordinasiyası ilə İstanbulda yaradılması planlaşdırılan mərkəz vasitəsilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması planlaşdırılır.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu həftə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqlarının mühüm gündəm mövzularından biri də “taxıl dəhlizi” olub.
Prezident Ərdoğanla görüşündə Putin qeyd edib ki, ölkəsi Türkiyə ilə koordinasiyalı şəkildə maneəsiz yük daşımalarını, o cümlədən Ukrayna limanlarından taxıl daşınmasını asanlaşdırmağa hazırdır.
Prezident Ərdoğan Zelenski ilə görüşündə Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhliz yaradılması layihəsinə xüsusi önəm verdiyini bildirib.
Ərdoğan partiyalardan və BMT rəsmilərindən ibarət olacaq İdarəetmə Mərkəzində iştiraka və mərkəzin İstanbulda yerləşdirilməsinə prinsipial olaraq müsbət baxdıqlarını bildirib.
Diplomatik mənbələrə görə, Putin və Zelenski də “taxıl dəhlizi” üzrə əməkdaşlığa müsbət baxır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



