Tunis prezidenti 57 hakimi vəzifədən kənarlaşdırıb

Tunis prezidenti 57 hakimi vəzifədən kənarlaşdırıb

Tunis Prezidenti Kays Said 57 haskimi korrupsiya və səhlənkarlıqda təqsirləndirərək səlahiyyətlərinə xitam verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Mosaique FM radiosu məlumat verib.

Nazirlər kabinetinin ötən gün keçirilən iclasında dövləş başçısı hakimləri ciddi tənqid edib. O bildirib ki, bir çox məhkəmə hakiminin adı rüşvət, səhlənkarlıq və terrorla əlaqəli işlərdə hallanır.

Bütün xəbərlər Facebook səhifəmizdə