Yeni strategiya Rusiyanı “əsas təhlükə” adlandırır

Yeni strategiya Rusiyanı “əsas təhlükə” adlandırır

Alyansın iyunda Madriddə keçiriləcək sammitində qəbul edilməsi planlaşdırılan yeni NATO strateji konsepsiyası Rusiyanı “əsas təhlükə” adlandıracaq.

SİA-nın əldə etdiyi məlumata görə,TASS bu barədə ABŞ-ın NATO-dakı nümayəndəsi Culian Smit qərargahı Vaşinqtonda yerləşən Müdafiə Yazıçıları Qrupu ilə görüşündə bildirib.

Smit qeyd edib ki, konsepsiyanın hazırlanması hələ də davam etsə də, lakin NATO üzvləri Rusiyanın alyansın hazırda üzləşdiyi ilk çağırış, ilk təhlükə olması ilə artıq razılaşıblar.

Eyni zamanda, ABŞ nümayəndəsi əlavə edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlamazdan əvvəl alyans artıq çəkindiriciliyin və müdafiənin gücləndirilməsi ilə məşğul olub, ona görə də təhdidləri dəf etmək vəzifəsi Rusiyanın təhdidlərindən asılı olmayaraq diqqət mərkəzində də olmalı idi.

Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı tərəfdaşlar siyahısından çıxarmaq niyyətində olduğunu bildirmişdi. Onu da xatırladaq ki, NATO-nun hazırkı strateji konsepsiyası 2010-cu ildə təsdiq edilib və bu konsepsiyada Rusiya alyansın tərəfdaşı kimi təqdim edilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə