Ukrayna və Polşa birgə silah istehsal edəcək

Ukrayna və Polşa birgə silah istehsal edəcək

Ukrayna və Polşa hökumətləri hərbi texnika istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Polşa ilə hökumətlərarası məsləhətləşmələrin yekunlarına dair brifinq zamanı bildirib.

“Bu, bizim müdafiə və hərbi əməkdaşlığımızı yeni səviyyəyə çıxaracaq və müasir müdafiə silahlarının yaradılmasına imkan verəcək”, – Şmıqal qeyd edib.

Ukrayna və Polşa, həmçinin sərhədyanı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə