Rusiya “Yars” strateji raket komplekslərinin avtonom buraxılış qurğularından istifadə etməklə təlimlər keçirir .
Rusiya hərbi təlim keçirir

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. SİA bu barədə rus saytlarına istinad edir.

“İvanovo vilayətində Strateji Raket Qüvvələrinin “Teykovski” birləşməsinin “Yars” mobil yerüstü raket kompleksinin avtonom buraxılış qurğuları təlimlər çərçivəsində döyüş patrul marşrutlarında intensiv manevr əməliyyatları həyata keçirir”, - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, təlimlərə Strateji Raket Qüvvələrinin minə yaxın hərbi qulluqçusu, o cümlədən 100-dən çox texnika cəlb olunub.

Rəsmi açıqlamaya görə, hərbçilər raket komplekslərinin səhra mövqelərinə gətirilməsi, 100 km-ə qədər marş, kamuflyajın təşkili və digər tapşırıqları həll etməli olacaqlar. Onlar həmçinin şərti təxribatçıları məhv edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə