Rus saytları “Bloomberg”ə istinadən ABŞ administrasiyasının Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə görə parçalandığını öyrənib.
“Rambler”in yazdığına görə, bu barədə xəbəri “Praym” yayıb.
Beləliklə, Ağ Ev işçiləri və Dövlət Departamenti də daxil olmaqla administrasiyanın bir hissəsi Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə çalışırlar. Onlar əmindirlər ki, Vaşinqton anti-Rusiya sanksiyaları Qərb ölkələri üçün iqtisadi nəticələrindən qorxan avropalı tərəfdaşlarını inandıra biləcək. SİA bu barədə rus saytlarına istinad edir.
Amma maraqlıdır ki, əksəriyyəti Xəzinədarlıq Departamentindən olan digər bir qrup məmur, ölkədəki inflyasiya, qeyri-sabit neft qiymətləri və ərzaq böhranı ehtimalını irəli çəkərək sanksiyaların davam etməsindən qorxduqlarını belə gizlətmirlər. Onların qorxuları həm də qarşıdan gələn aralıq Konqres seçkiləri ilə bağlıdır. Rəsmilər iqtisadi tənəzzül və benzinin bahalaşmasının respublikaçıların mövqelərini gücləndirəcəyindən ehtiyat edirlər
Xatırladaq ki, bir aylıq mübahisələrdən sonra, nəhayət ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların altıncı paketini razılaşdırıb.
Onu da qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden ABŞ və Avropa İttifaqının Rusiya neftini idxaldan imtina etmək əvəzinə onu bazar qiymətindən aşağı qiymətə almaq imkanını müzakirə etdiklərini də etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB