Türkiyədən Əfqanıstana yardım

Türkiyədən Əfqanıstana yardım

Türkiyə qızıl aypara cəmiyyətinin əfqanıstana ərzaq yardımı göndərdiyi “Yaxşılıq qatarı” mərasimlə qarşılanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Mərasimdə Türkiyənin Kabildəki səfiri Cihad Erginay və Əfqanıstanın qızıl aypara cəmiyyətinin sədr müavini Mövləvi Nurəddin Turabi iştirak ediblər. Qarşılama mərasimindən sonra 500 ailəyə yağ, ədyal və paltar, paxlalı bitkilər, şəkər, çay, makaron və tomat pastası kimi məhsullardan ibarət 36 kiloqramlıq ərzaq bağlamaları paylanılıb.

Mərasimdə çıxış edən Türkiyənin Kabildəki səfiri Cihad Erginay indiyə qədər əfqanıstana “Yaxşılıq qatarı” ilə 4 dəfə qida çatdırıldığını, bunların ölkənin 34 vilayətindəki ehtiyaç sahiblərinə paylandığını, Türkiyə və qurumlarının Əfqanıstan xalqına yardımlarının davam edəcəyini qeyd edib.

Əfqanıstan qızıl aypara cəmiyyətinin sədr müavini Mövləvi Nurəddin Turabi də Türkiyə və təşkilatlara yardımlara görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə