YPG/PKK Cerablus rayonunda avtomobilə raketlə hücum edib

YPG/PKK Cerablus rayonunda avtomobilə raketlə hücum edib

Suriyanın şimalındakı Mənbic rayonunda bölücü terror təşkilatı YPG/PKK-nın Cerablus rayonunda bir avtomobilə raketlə təşkil etdiyi hücumda 3 mülki vətəndaş yaralanıb.

SİA xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı" əməliyyatı (2016-2017-ci il avqust ayları) ilə terrordan təmizlənən Cerablus rayonunun cənub ərazilərində hərəkətdə olan mülki avtomobil YPG/PKK terrorçularının hücumuna məruz qalıb.

Cerabulus xəstəxanasındakı sağlamlıq mənbələrindən əldə edilən məlumata görə, raketlə həyata keçirilən terror hücumunda avtomobildə olan 3 mülki şəxs yaralanıb.

Yaralılar Cerabulus xəstəxanasında müalicə olunurlar.

Hücumdan sonra Türkiyə Silahlı Qüvvələri haubitsalarla terror təşkilatının mövqelərini hədəfə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə