ABŞ prezidenti Yeni Zelandiyanın Baş naziri ilә görüşüb

ABŞ prezidenti Yeni Zelandiyanın Baş naziri ilә görüşüb

ABŞ prezidenti Co Bayden Yeni Zelandiyanın Baş naziri Casinda Arderni qəbul edib.

SİA xəbər verir ki, Ağ Evdə baş tutan görüşdən əvvəl jurnalistlərə bәyanatlar verәn Co Bayden Casinda Ardernin 2019-cu ilin mart ayında Christchurchdəki məscidə edilәn hücum başda olmaqla bir sıra mәsәlәdә oynadığı konstruktiv rola toxundu.

Andernlə başda iqlim dəyişikliyi olmaqla bir sıra mövzunu müzakirə edəcəklərini bildirən Bayden, iki ölkə arasında əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Mәlumata görә, tәrәflәr arasında baş tutan görüş 1,5 saat davam edib vә mәtbuat üçün qapalı keçirilib.

Görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında da ABŞ və Yeni Zelandiyanın Hind-Sakit okean regionunun təhlükəsizliyi və rifahı üçün birgə çalışacağı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə