Mahmud Abbas vә Entoni Blinken arasında telefon danışığı olub

Mahmud Abbas vә Entoni Blinken arasında telefon danışığı olub

Fələstin prezidenti Mahmud Abbas vә ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Fələstinin rəsmi WAFA xəbər agentliyi mәlumat yayıb.

Mahmud Abbas söhbәt zamanı bildirib ki, Fәlәstin administrasiyası beynəlxalq qətnamələrə əməl etməyən İsrailə qarşı tədbirlər görür.

Hazırda ölkədə yaşananlar ilә әlaqәdar səssiz qalmağın mümkün olmadığını vurğulayan Abbas İsrailin xüsusilә Qüdslә bağlı mövqeyinin dәyişmәdiyini vә yәhudilәrin Mәscidül Әqsaya hücum etmәyә davam etdiyini bildirib.

Görüşdə Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının ABŞ-ın terror siyahısından çıxarılmasının və ABŞ-ın Şərqi Qüdsdəki konsulluğunun yenidən açılmasının vacibliyini vurğulayıb.

Entoni Blinken isə öz növbәsindә Co Bayden administrasiyasının iki dövlәtli hәll prosesi, qeyri-qanuni yaşayış mәntәqәlәrinin genişlənməsinin dayandırılması, status-kvonun qorunması vә Qüdsdәki fələstinlilərin qovulmasının qarşısının alınması ilә bağlı vәdlәrә sadiq olduğunu bildirib.

ABŞ Konsulluğunun Qüdsdə yenidən açılacağını bildirən Entoni Blinken Co Baydenin bölgəyə səfərindən əvvəl yüksək səviyyəli nümayәndә heyətinin bütün bu məsələləri həll edəcəyini bildirib.

Blinken ötən ay İsrail әsgәrlәrinin açdığı atәş nәticәsindә hәyatını itirәn jurnalist Ebu Akilenin qətlinin araştırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, ABŞ-ın əvvəlki prezidenti Donald Tramp administrasiyası 2019-cu ildə ABŞ-ın Şərqi Qüdsdəki konsulluğunu bağlamışdı.

ABŞ prezidenti Co Baydenin ayın sonunda İsrail və Fələstinə səfəri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə