Rәcәb Tayyib Әrdoğan Ünal Üsteli qәbul edib

Rәcәb Tayyib Әrdoğan Ünal Üsteli qәbul edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Şimali Kıbrıs Türk Cümhuriyyәtinin Baş naziri Ünal Üsteli qәbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, görüşdә iki ölkә arasındakı münasibәtlәr qiymәtlәndirilib.

Mayın 12-dә vәzifәsinin icrasına başlayan Ünal Üstel ilk rәsmi sәfәrini Türkiyәyә edib.

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin Baş naziri Rәcәb Tayyib Әrdoğanla görüşmәzdәn әvvәl Türkiyәnin vitse-prezidenti Fuad Oqtayla da görüşmüşdü.

Tәrәflәr keçirdiklәri tәkbәtәk görüşdәn sonra heyәtlәr arasında baş tutan görüşlәrә sәdrlik ediblәr.

Bütün xəbərlər Facebook səhifəmizdə