Braziliyanın şimal-şərqində şiddətli yağışlar 100-dən çox insanın həyatına son qoyub, onlarla insan itkin düşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə G1 informasiya portalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, leysan yağışlar və torpaq sürüşmələri nəticəsində Pernambuku ştatında həlak olanların sayı 106 nəfərə çatıb. Təbii hadisə zamanı daha 10 nəfərin itkin düşdüyü bildirilir. Onların axtarışlarına 300-ə yaxın xilasedici cəlb olunub.
Daha əvvəl 100 nəfərin öldüyü bildirilirdi. Təbii fəlakət nəticəsində, həmçinin 6 198 nəfər evsiz qalıb.
Son altı ayda Braziliyanın Bahia, Minas Gerais, Pernambuko və Rio-de-Janeyro ştatlarında leysan yağışları nəticəsində 400-dən çox insan həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB