ABŞ Rusiyada “rejimi dəyişməyə” cəhd etməyəcək

ABŞ Rusiyada “rejimi dəyişməyə” cəhd etməyəcək

ABŞ prezidenti Cozef Bayden “The New York Times” qəzetinə yazdığı məqalədə bəyan edir ki, ABŞ ona və ya müttəfiqlərinə hücuma məruz qalmayana qədər Ukraynadakı münaqişəyə birbaşa qoşulmayacaq.

SİA bu barədə rus saytlarına istinad edir.

Amerika lideri qeyd edib ki, Ukraynada döyüşlər artıq dördüncü aydır ki, davam edir. Bu şərtlər daxilində o, “ABŞ-ın məqsədlərini dəqiq müəyyən etməyi zəruri hesab edir”. “Amerikanın məqsədi sadədir: biz demokratik, müstəqil, suveren və firavan Ukraynanı çəkindirmək və qorumaq üçün vasitələrə malik olmaq istəyirik”.

“RBC” xəbər verir ki, ABŞ prezidenti öz məqaləsində ABŞ-ın yaranmış vəziyyətlə bağlı hansı addımlar atacağını və nələri etməyəcəklərini də göstərib.

Beləliklə, Vaşinqton Kiyevi müasir silahlarla, o cümlədən “Javelin” tank əleyhinə raketləri, “Stinger” zenit-raket kompleksləri, artilleriya və yüksək dəqiqlikli raket sistemləri, radarlar, pilotsuz uçuş aparatları, Mi-17 helikopterləri ilə təmin etməyi davam etdirmək niyyətindədir;

maddi yardım göstərməyə davam etmək;

Rusiyaya qarşı sanksiyalarla bağlı müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etmək;

qlobal ərzaq böhranını aradan qaldırmaq üçün səy göstərmək; Avropa müttəfiqlərinə və digər ölkələrə Rusiya enerjisindən asılılığı azaltmağa kömək etmək;

NATO-nun şərq cinahını gücləndirmək.

Bununla yanaşı Bayden qeyd edib ki, ABŞ Rusiya ilə NATO arasında müharibənin qarşısını almağa çalışır.

Vaşinqtonun Rusiyada rejim dəyişikliyinə nail olmaq niyyəti yoxdur.

ABŞ qoşunlarını Ukraynada döyüşmək və ya rus qoşunlarına hücum etmək üçün göndərmək fikri yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com